Lenkeran Dovlet Dram Teatri

    

LƏNKƏRAN DÖVLƏT DRAM TEATRI
Lənkəran Dövlət Dram Teatrı  

             Azərbaycan milli teatrının inkişafında, əsası  XIX əsrin sonuncu 10 illiyində qoyulmuş Lənkəran teatrının özünəməxsus yeri vardır . Hələ XIX əsrin əvvəllərində  Lənkəranda qüvvətli teatr mühiti mövcud olmuşdur. Təsadüfü deyil ki, Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışıniski, Cahan xanım Talışıniskaya kimi məşhur sənətkarlar Lənkəran teatrının yetişdirmələridir.

          XIX əsrin ortalarından başlayaraq Lənkəranda Rus və Azərbaycan dillərində məktəblər açılmışdır. Əsrin sonlarında Lənkəranda mütərəqqi  fikirli ziyalılar maarifin, ədəbiyyatın inkişafında və xüsusən teatr sənətinin inkişafında böyük rol oynamışlar.

 Bu sahədə Mirzə Əziz Əliyevin, Teymur bəy Bayraməlibəyovun,  Mir İbrahim bəy Talışinskinin böyük xidmətləri olmuşdur. Xüsusən Mirzə Əziz Əliyevin və oğlu Mirzə Ağəli Əliyevin teatrın inkişafında müstəsna xidmətləri olmuşdur. Bu ziyalılar öz dövrlərinin qabaqcıl ziyalıları olmuşlar. Onlar Bakıda, Naxçıvanda, Şamaxıda yaşayıb yaradan ziyalı dostları ilə sıx əlaqələr saxlayır və Lənkəranda yeniliyin, mütərəqqi meyillərin tərəfdarları kimi çıxış edirdilər. Hələ 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllimlərin və şagirdlərin iştirakı ilə M.V.Qoqolun “Evlənmə” komediyası tamaşaya qoyulmuşdur.

          

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava