Adil Zeynalov » Lenkeran Dovlet Dram Teatri

    

Adil Zeynalov


              
        Zeynalov Adil Ağakərim oğlu

 

 

 

20 fevral  1960-cı ildə  Lənkəran şəhərində anadan olmuşdur.

 1977-ci ildən N. B. Vəzirov adına Lənkəran Dövlət  Dram  Teatrında əmək fəaliyyətinə başla mışdır.

1978-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət  İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu  fakultəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir. 

 1983 cü ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ifa etdiyi bir  sıra tamaşalardan  rollar:

Ü. Hacıbəyov  “Olanlardan-keçənlərdən” –Müəllim

M. Kərim “Piyada Mahmud” – Mahmud

İ. Əfəndiyev “Billur sarayda” – Zahid

M. Hüseyn “Cavanşir” – Zöhrab

C. Məmmədquluzadə “Ölülər” – Lal

B. Nuşiç “Nazirin xanımı” – Ninkoviç

Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” – Səfərqulu xan

H. Mirələmov “Vicdanın hökmü” – Qara Fedya

Ə. Haqverdiyev “Bəxtsiz cavan” – Hacı Səməd ağa

H. Mirələmov “Pənah xan Cavanşir” – Nadir şah

H. Mirələmov “Ləyaqət” – Şeydabek

Ə. Əmirli “Onun iki qabırğası” – Dədə

Sofokl “Şah Edip” – Korifey

A.Mədətov “Sezarın qətli” – Brut

M.Xubai “Şeytanın oyunları” – Neron

Q.Qorin “Herastratı unudun”-Tissafern

K.Nəzirli “Şeytan işığı” – Con

M.Məmmədov “Sovqat” - Əflatun

N.V.Qoqol “Ölü canlar- Sobakeviç

S.Dinçel“Yaşanmayan gənclik- Gələn adam

E.Filippo “Ruhlar - Alfredo

Elçin “Cəhənnəm sakinləri- Zabit


     A. Zeynalovun  teatrda bir rejissor kimi quruluş verdiyi tamaşalardan:

Ə. Əmirli “Varlı qadın”

Ə. Əylisli “Vəzifə”

Q. Hüseyni, Ə.Cəmşidi “Hacı Kərimin aya səyahətı”

F. Mustafa “İlğım”

H. Cavid “Ana”

Y. Əzimzadə “Nəsrəddin”

L. Korsunski “Fırıldaqçı”

C. Fətullayev, A. Zeynalov “Muəmmalı ölüm”

Ə. Səmədli “Dəyirman əhvalatı”

 Ə. Səmədli Toyda Çelentano oxuyur”

B. Nişiç “Nazirin xanımı”

V.Səmədoğlu “Mamoy kişinin yuxuları”

H.Muxtarov “Mən nənə ilə evlənirəm”

M.Məmmədov Əcnəbi kürəkən”

A.Zeynalov Ələddinin sehrli çırağı”

L.Korsunski  Kələkbaz”

Ş.Başbəyov Dəmir qadın”

A.Şaiq Qoç Polad”



               A. Zeynalov  sənəti sevdiyinə, işgüzarlığına görə teatr kollektivi arasında    

     böyük nüfuza malikdir.  A. Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətin üzvüdür.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən  Azərbaycan incəsənətindəki inkişafına görə “Əməkdar artist”  fəxri adına layiq görülüb.

 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava