Təbrik edirik! » Lenkeran Dovlet Dram Teatri

    

Təbrik edirik!

                                                                             TƏBRİK EDİRİK!

 

   

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan teatrının inkişafındakı xidmətlərinə

 görə bir qrup teatr xadiminə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrın aktyoru Sucəddin Qiyas oğlu Mirzəyev “Əməkdar Artist” fəxri adına layiq görülüb. Teatrın  aparıcı səhnə ustası, əməkdar artist Təvəkkül Əjdər oğlu Əliyev isə “Tərəqqi” medalı ilə təltif olunub.

Çoxsaylı oxucularımız adından hər iki sənətkarı bu münasibətlə təbrik edir, onlara yeni yaradıcılıq uğurları diləyirik!

 

 

 

 

 

                            Lənkəran teatrının bir neçə işçisinə də, fəxri adlar verilib

Azərbaycan peşəkar teatrının 140 illik yubileyi ilə əlaqədar Nəcəf bəy Vəzirov adına Lənkəran  Dövlət Dram Teatrının bir neçə işçisi fəxri adlarla mukafatlandırılıb. Belə ki, aparıcı artistlər Eynəli Nurullayev və Şahrud Mehdiyeva, quruluşçu rəssam Məmmədyar Cəfərov Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar. 

 

 

      Kollektiv adından mükafat alanları səmimi qəlbdən təbrik edir, onlara gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq! İnanırıq ki, bu sənətkarlar gələcəkdə bundan böyük uğurlara imza atacaqlar!yyət işçisi” döş nişanı ilə təltif olunublar.

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava