Lənkəran teatrında toplantı keçirilib » Lenkeran Dovlet Dram Teatri

    

Lənkəran teatrında toplantı keçirilib

Lənkəran teatrında Milli Ordumuzla bağlı həmrəylik toplantısı keçirilib

 

      İşğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu tərəfindən layiqincə cavab verilməsi, düşmənin canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsi, Təhlükəsizlik Şurasının föfqəladə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal olunmuş torpaqların azad olunmasını Azərbaycan xalqı üçün şanlı tarix olduğunu və qüdrətli Azərbaycan Ordusunun bu şərəfli vəzifəni layiqincə yerinə yetirdiyini bəyan etməsini Lənkəran Dövlət Dram Teatrının kollekti böyük sevinc hissi ilə qarşılayıb. 

    Bu münasibətlə teatrda toplantı keçirilib.

     Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov bildirib ki, cəbhə bölgəsinin təmas xəttində erməni hərbi birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu güclü zərbə ilə cavab verərək düşməni sarsıdığı məğlubiyyətə uğradıb. Bu uğurlu əməliyyat sayəsində işğal olunmuş torpaqların bir hissəsi, bir neçə yaşayış məskəni azad olunub, düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Daha sonra düşmənlə ölüm-dirim mübarizəsində Milli Ordumuzun şəhid olmuş hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda şıxış edən xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Adil Zeynalov, Sucəddin Mirzəyev, aktyor Əlibala Əsgərov və digərləri cəbhə bölgəsində Azərbaqycan əsgərlərinin qəhrəmanlığını, xalqın böyük sevincini cənab Prezidentin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu, Xalq-Dövlət birliyinin gücü-qüdrəti ilə ərsəyə gəldiyini və yaxın vaxtlarda torpaqlarımızın tamamilə azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağını xüsusi qeyd ediblər.

Çıxış edən natiqlər bu qələbədən sonsuz sevinc hissi duyduqlarını, hər an cənab Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını, bu şərəfli yolda heç nələrini əsirgəməyəcəklərini bəyan etməklə bütün dünya asərbaycanlılarını cənab Prezidentin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə qarşı səslərini ucaltmağa çağırıblar.


                                             


Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava