Lənkəran Dövlət Dram Teatrı » Lenkeran Dovlet Dram Teatri

    

Lənkəran Dövlət Dram Teatrı

Lənkəran Dövlət Dram Teatrının hamilik köməyi ilə Cəlilabad Xalq Teatrı beş illik fasilədən sonra fəaliyyətini “Hacı Qara” tamaşası ilə bərpa edib

  

Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin Xalq Teatrı 5 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib. Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə həvəskar artistlər Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun "Hacı Qara" komediyasını nümayiş etdiriblər. Tamaşanın premyerasında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, eləcə də Lənkəran Dövlət Dram Teatrının rejissor və aktyorları iştirak ediblər.
XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarından bəhs edən səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Buludxan Buludov, quruluşçu rəssamı Əli Əliyev, truppa rəhbəri Mirbalaş Salmanzadədir. Böyük maraqla baxılan tamaşada baş rolları Buludxan və Anar Buludovlar ifa ediblər.Tamaşanına hazırlanmasında Lənkəran Dövlət Dram Teatrı məsləhətçi qismində iştirak edib.
Tamaşadan sonra Lənkəran Dövlət Dram Teatrının aparıcı artistləri – xalq artiati Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, quruluşçu rejissor, əməkdar artist Adil Zeynalov, teatrın direktoru Tofiq Heydərov tamaşa haqqında ürək sözlərini dilə gətirərək, həvəskar kollektivə xoş arzularını ifadə ediblər. Tofiq Heydərov çıxışında bundan sonra da Cəlilabad Xalq Teatrına, həmçinin bölgənin digər xalq teatrlarına və dram kollektivlərinə hamilik köməklərini davam etdirəcəklərini, onlardan əindən gələni əsirgəməyəcəklərini bildirib.

Cəlilabad  Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov öz növbəsində Lənkəran teatrının yaradıcı kollektivinə göstərdiyi dəstəyə görə minnətdarlığını çatdırıb.

 

                                 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava