Beynəlxalq Fəcr Teatr Festivalı » Lenkeran Dovlet Dram Teatri

Beynəlxalq Fəcr Teatr Festivalı
 Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalından qayıdıb
Yanvarın 20-dən 31-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 35-ci Beynəlxalq Fəcr Teatr Festivalı keçirilib. Həmin nüfuzlu sənət yarışmasında Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov  qonaq qismində iştirak edib.  Fəcr  Festivalının İranın mədəni həyatında böyük əhəmiyyət kəsb etdiyini bildirən T.Heydərov  Tehranda olduğu müddətdə bir sıra görüşlərə qatıldığını,  Yaponiya,  Türkiyə, Almaniya və Tehran teatrlarının tamaşalarını izlədiyini diqqətə çatdırıb:”Həmçinin Tehran və Rəşt şəhərlərində teatr truppalarının məşqlərinə baxaraq, onların iş prosesləri ilə yaxından tanış oldum, mədəniyyət idarələrinin, teatr truppalarının rəhbərləri, rejissor  və aktyorlarla görüşüb yaradıcılıq söhbətləri apardıq”. 
T.Heydərovun sözlərinə görə, Tehranda olduğu müddətdə rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra layihələrin planlaşdırılması məsələlərində iştirak edib.  Belə ki, Lənkəran teatrı cari ilin iyul ayında İranın paytaxtında keçiriləcək Beynəlxalq “Adət və Ənənə Festivalı”na dəvət olunub:”Biz hazırda həmin tədbirə hansı tamaşa ilə qatılmağımız barədə düşünürük”.
Ərdəbil şəhərindəki teatr truppasının rəhbəri Lətif Kərimi ilə də danışıqlarının səmərəli olduğunu bildirən T.Heydərov Lənkəran teatrının cari ilin iyun-iyul aylarında orada qastrol tamaşalarının oynanılmasına dair razılığa gəlindiyi qeyd edib.
  
Yeniliklər

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava