Mədəniyyət və turizm nazirinin müavini Lənkəran teatrında olub » Lenkeran Dovlet Dram Teatri

    

Mədəniyyət və turizm nazirinin müavini Lənkəran teatrında olub
Mədəniyyət və turizm nazirinin müavini Lənkəran teatrında olub
Mədəniyyət və turizm nazirinin müavini Lənkəran teatrında olub

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iyulun 18-də cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Dram Teatrına da baş çəkib. Ə.Vəliyev teatrın binasında yaradılmış şəraitlə tanış olduqdan sonra yaradıcı kollektivlə görüşüb. Görüş zamanı nazir müavini hazırki dövrdə teatr və konsert müəssisələrinin qarşısında duran vəzifələrdən danışaraq, kollektivə öz peşələrinə daha məsuliyyətlə yanaşmağı, müasir tələblərə cavab verən tamaşalar hazırlamağı tövsiyə edib. 
Daha sonra teatrın direktoru Tofiq Heydərov, aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və digərləri çıxış edərək üzərlərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə söz veriblər. 
Görüşdə Ə.Vəliyev 2019-cu ildə Lənkəran Dövlət Dram Teatrı üçün yeni binanın tikiləcəyinin nəzərdə tutulduğunu bildirib.
 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava