Agayev Miraslan » Lenkeran Dovlet Dram Teatri

    

Agayev Miraslan

 



               Ağayev Miraslan Əzizəli oğlu

 

 

 18 mart 1958-ci ildə Lerik rayonun Tikəband kəndində anadan olmuşdur.

 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi işə qəbul olunmuşdur.

          1987-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət  İncəsənət İnstitutuna daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyir.

 Şəhərin ictimai tədbirlərində fəal iştirakına görə 24.03.1982, 27.03.1985, 14.10.1987-ci illərdə Azərbaycan Lenin Komsomol Gənclər İttifaqının Lənkəran şəhər komitəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.

M.Ağayev Türkiyənin Dənizli ,Antaliya və Konya şəhərlərində festivallarda iştirak etmişdir.

İfa etdiyi rollar:

C.Cabbarlı “Sevil” – Əbdüləli bəy

C.Məmmədquluzadə “Ölülər” – Hacı Baxşəli

M.F.Axundov “Molla İbrahimxəlil” – Molla Həmid

V.Səmədoğlu “Uca dağ başında” – Murtuz

Ş.Qurbanov “Özümüz bilərik” – Bəbirli

H.Cavid “Topal Teymur” – Nazim ağa

S.Vurğun “Fərhad və Şirin” – Topal

Ü.Hacıbəyov “Olanlardan-keçənlərdən” – Məşədi, Şagird, Vəli

Qoqol “Müfəttiş” – Karobkin

M.Hüseyn “Cavanşir” – Qartal

Ə.Əmirli “Varlı qadın” – Vəkil

B.Nuşiç “Nazirin xanımı” – Pera

S.S.Axundov “Qaraca qız” – Bəy

S.Vurğun “Vaqif” – Sərkərdə

Ə.Nesin “İntihar” – Murad bəy, Nuru, Məmur

A.Safronov “Yerin cazibəsi” – Mayor

A.Çxaidze “Çinari manifesti” – Bibo

H.Mirələmov “Pənah xan Cavanşir” – Heydərqulu xan

H.Allahyarov “Bir ovuc torpaq” – Polkovnik Lıskov

M.Xubai “Şeytanın oyunları” - Pollada

A.Babayev “Üç qardaş” - Şah

İ.Əfəndiyev “Qəribə oğlan” - Əhmədcan

N.B.Vəzirov   “Milyonçu dilənçi” - Mayor Xudaverdi bəy

A.Zeynalov “20 yanvar” - Şəhid

L.Korsunski “Kələkbaz” - Petraşov

E.D.Filippo “Ruhlar” - Qastone

B.Beyzayi  “İlan Sultan” - Vəzir

Ə.Vəlioğlu  “Əsrlərin harayı” - Kahin

A.Şaiq “Qoç Polad” - Toxtamış
M.F.Axundzadə “Hacı Qara” - Xəlil

 M. Ağayevin bir rejissor kimi quruluş verdiyi tamaşalar:

   M.Ağayev “Təbii Tibbi  Klinika”


 Oynadığı filmlər və serialları:

     “Susmuş vicdan” – Deputat

      “Durnalar qayıdır” – Əsgər

       “Sevginin göz yaşları” – Ata

       “Durnalar qayıdanda” – Məhbus

       “Günəşim ol” – Qafur


M. Ağayevin oynadığı tamaşalardan C. Məmmədquluzadənin “Ölülər”,

Ü. Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasında “Qızıl fond”da saxlanılır.

 M. Ağayev teatr həmkarlar təşkilatının idarə heyyətinin sədridir.

 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava