Quliyeva Qizilgül » Lenkeran Dovlet Dram Teatri

    

Quliyeva Qizilgül


            Quliyeva Qızılgül Polad qızı

 


 20 iyun 1960-cı ildə Lənkəran rayonu  Separadi kəndində anadan olmuşdur.

           1981-ci ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ış fəaliyyətinə başlayıb.

1982-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1987-ci ildə hə min İnstitutun mədəni-maarif fakultəsini qiyabi bitirib. Teatrda işlədiyi müddətdə əlliyə yaxın tamaşada maraqlı obrazlar yaratmışdır. 

Oynadığı tamaşalardan rollar:

C. Məmmədquluzadə  “Ölülər”   - Nazlı.

Elçin   “Mahmud və Məryəm”  - Məryəm.

M. Hüseyn  “Cavanşir”   - Aybəniz.

 C. Cabbarlı   “Sevil”   - Sevil.

B. Nuşiç   “Nazirin xanımı”  - Dara.

H.Cavid “Topal Teymur” – Köylü qadın

A.Çıxaidze “Çinari manifesti” – Yamze

M.Əliyev “Ana fəryadı” – Mirvari

S.Vurğun “Fərhad və Şirin” – Fitnə

Ə.Nesin “İntihar” – Senar

İ.Əfəndiyev “Büllur sarayda” – Lalə

D.İsabəyov “Varislər” – Səlihə

S.Rüstəm “Durna” – Durna

N. Nərimanov   "Nadir Şah”  - Gülcahan.

H. Mirələmov   “Ləyaqət”  - Nahidə.

Ə. Əmirli  “Varlı qadın”  - Həvva Zərlinskaya.

Ə. Əmirli   “Onun iki qabırğası”  - Maral.

Ə. Orucoğlu  “Pul dəlisi”   - Mənzərə.

Sofokl “Şah Edip” -İokasta

V.Səmədoğlu “Mamoy kişinin yuxuları” – Qaraqaytan

A.Mədətov “Sezarın qətli” – Kleopatra

M.Xubai “Şeytanın oyunları” – Aqrippina

Ç.Aytmatov “Manqurt” –Nayman ana

Ş.Perro “Qırmızı papaq” –Ana və nənə

S.H.Lətifovlar  “Şah və əks səda –Gülfinə

Elçin “Cəhənnəm sakinləri” –Qadın

A.Babayev “Comərdin hünəri” –Ana

L.Korsunski “Kələkbaz” –Nina Koreşkova

B.Beyzayi “İlan Sultan” – Dayə

M.F.Axundzadə “Hacı Qara” –Tükəz

 

   Oynadığı filmlər və serialları:

           “Sevginin gözyaşları” – ana

         “My name is İntiqam” – İntiqamın anası

          “Çay dəzgahı” – Qadın

          “Həyat varsan” – Həkim

           “Günəşim ol” – Gülzar


    Q.Quliyeva 1986-cı ildə teatrlar arasında keçirilən müsabiqədə  1-ci diploma və pul mükafatına layiq görülmüşdür. 2002-ci ildə “Mono tamaşa” festivalında V.Əlixanovun “Başdaşı” tamaşası ilə iştirak etmişdir. 2007-ci ildə “Yeni teatr” respublika festivalında Ə.Əmirlinin “Onun iki  qabırğası” tamaşasında Maral rolunda çıxış etmişdir.Qızılgül Quliyeva Türkiyə ,Özbəkistan, Gürcüstanda qastrol səfərlərində olmuşdur.

 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava